Formula 1 “Bakcell”in dəstəyi ilə keçiriləcək - Video

Yarış ərzində trek ətrafında yerləşən ictimai məkanlarda Azərbaycan Qran Prisinin tamaşaçılarına “Bakcell”in məhsul və xidmətləri təklif olunacaq.
Xatırladaq ki, 2019-cu ildə Bakcell “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk rəsmi tərəfdaşı olub.
“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.