Məlumat verdiyimiz kimi, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı ermənilər tərəfindən ağır fiziki işgəncə və qeyri-insani rəftar halları olub. Yenilik.az xəbər verir ki, Hüseyn Axundovun anası Şəlalə Axundova Xəzər TV-yə açıqlamasında hadisə ilə bağlı danışıb, oğlu ilə bağlı fikirlərini bölüşüb. O, oğlu ilə son dəfə aprelin 4-də danışdığını deyib. Şəlalə Axundova görüntüləri izlədiyini, oğlunun çox ağır döyüldüyünü bildirib. Xezerxeber.az daha geniş açıqlamanı təqdim edir: