Bayram namazının qılınacağı vaxt açıqlandı

Bayram namazının qılınacağı vaxt açıqlandı Sabah bayram namazının qılınacağı saat açıqlanıb. 
Yenilik.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat verib.
Bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 21-də qılınacaq:
“Belə ki, bayram namazı “Təzə Pir” və Göy məsciddə sabah saat 09:00-da qılınacaq”.
Qeyd edək ki, Məşədi Dadaş Məscidində sabah saat 09:00-da, Xanım Fatimeyi Zəhra məscidində saat 08:00-da, İlahiyyat məscidində saat 08:00-da bayram namazı qılınacaq.

Geri qayıt