Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb Bakıda Ramazan bayramı münasibətilə namaz qılınıb.
Yenilik.az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.
Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.
Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

Geri qayıt