Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov xalqımızı Ramazan bayramı münasibəti ilə təbrik edib.
Yenilik.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Hər bir soydaşımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik! Qıldığınız namaz, tutduğunuz oruc, etdiyiniz dualar qəbul olunsun!”