Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev vəzifəsindən ayrılıb.
Bu barədə Yenilik.az-a Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onu bu postda müvəqqəti olaraq Babək Həmidov əvəz edəcək.