
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtərin Talış kəndi ərazisində üç nəfərin tank əleyhinə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
Yenilik.az-ın məlumatına görə paylaşımda deyilir:
“Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm”.