Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.
Yenilik.az xəbər verir ki, bununla bağlı NATO-nun rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.
Tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, terrorçuluqla mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Geri qayıt