Hacı Şahinin yerinə TƏYİNAT

Hacı Şahinin yerinə TƏYİNAT “Məşədi Dadaş məscidinə imam təyin edilib”. 
Yenilik.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 
Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq:
“Təyinat alan şəxs Əli Şərbətovdur. Ora yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”. 
Sədr əlavə edib ki, yeni imam məsciddə bu gün təqdim olunacaq.
Bildirək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənli martın 2-də vəfat edib.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını icra edən İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev də orada fəaliyyətini davam etdirəcək.



Geri qayıt