60 yaşı tamam olan müəllimlər sertifikatlaşdırmadan azad olunacaqlar

O, bildirib ki, iclasda çıxışı zamanı sertifikatlaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərini təqdim edib.
“Əvvəla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikatlaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.
İkincisi, sertifikatlaşdırmada diferensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu, müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə, o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər.
Elm və Təhsil Nazirliyi ilə təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrimizin aparıldığını və təkliflərimizə hər zaman diqqətlə yanaşdıqlarını nəzərə alaraq əminik ki, sertifikatlaşdırmanın təkmilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə deputat qeyd edib.