"Ona ölüm arzu edirəm"

"Uşağa qarşı şiddət, zorakılıq və qətil eşidəndə, görəndə bunu edən vəhşilərə ölüm arzu edirəm. Yavaş-yavaş, əzablı, iztirablı, incidən ölüm. Belə hallarda bu vəhşiləri edam etmək lazımdır. Uşaq qatillərini edam etmək lazımdır. Əfsus ki, bizdə bu, yoxdur. Onu Allaha tapşırıram. Yarəbbim, o insanı cəzalandır. Mən özümə iki gündür gələ bilmirəm. O uşaq hər bir ananın balası idi".
Ölkə başçısına müraciət edən Rəsulova körpənin ölümünə səbəb olan məşqçiyə ən ağır cəzanın verilməsini istəyir:
"Bir ana kimi sizə yalvarıram, o vəhşiyə ən ağır cəzanı verin. Çox şey yazardım, yaza bilmirəm, boğuluram".