DİM imtahandan çıxarılan Nurla bağlı qərar verdi

O, qeyd edib ki, Nur imtahana buraxılacaq: "Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi".
Qeyd edək ki, aktrisanın qızı imtahana girməmişdən öncə gödəkçəsinin cibində telefon aşkar edildiyi üçün imtahan zalından çıxarılmışdı. Ellada Sarvan şikayətində bunu övladına qarşı haqsızlıq kimi qiymətləndirmişdi. Amma DİM-dən həmin zaman verilən açıqlamada şagirdin imtahana yenidən buraxılmasının mümkünsüz olduğu bildirilmişdi.