Şəhid Orxanın anası ötən il faciəvi şəkildə dünyasını dəyişib

<p>Şəhid Orxanın anası ötən il faciəvi şəkildə dünyasını dəyişib</p> Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin anası ötən il faciəvi şəkildə dünyasını dəyişib. 
Yenilik.az-ın məlumatıan görə, şəhidin anası anası Ağstafa rayon, Vurğun qəsəbə sakini 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyevanı ötən il iyulun 18-də mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar vurub. Mətanət Əliyeva aldığı xəsarətdən vəfat edib.
Məlumat üçün bildirək ki, Orxan Novruzəlizadənin 2 bacısı, 1 qardaşı var. Onun 2 il bundan öncə hərbidə işə başladığı bildirilir. Orxan Subay idi.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.

Geri qayıt