Mediasiya Şurasının Maliyyə Mübahisələri Komitəsi sədri və üzvlərinə təşəkkürnamə təqdim olunub

15 may 2023-cü il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə keçirilən geniş tərkibli görüşdə Maliyyə Mübahisələri Komitəsi sədri və üzvlərinə təşəkkürnamə təqdim olunub.
Belə ki, Mediasiya Şurası İdarə Heyətinin 11 aprel 2023-cü il tarixli qərarı əsas götürərək İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən Maliyyə Mübahisələri Komitəsinin sədri Murad Məmmədov, üzvləri Kamal Əliyev, Zaur Abıyev, Elçin Həsənov və Leyla Nəsibovaya Mediasiya Şurasının fəaliyyətindəki rollarına görə təşəkkür edilib və onlar müvafik sertifikatla təmin olunublar.