Ceyhun Bayramov Rusiyaya getdi

Ceyhun Bayramov Rusiyaya getdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.
XİN-dən Yenilik.az-a verilən məlumata görə, səfər çərçivəsində mayın 19-u Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 19-u Moskvada baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təsdiqləyib.

Geri qayıt