Tələbələrimiz 4-cü ABB “Hackathon Startup Challeng” müsabiqəsində növbəto mərhələyə keçib

Tələbələrimiz 4-cü ABB “Hackathon Startup Challeng” müsabiqəsində növbəto mərhələyə keçib
ABB İnnovasiya Mərkəzi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı əsasında təşkil olunan 4-cü ABB “Hackathon Startup Challeng” müsabiqəsinə start verilib.
IT yönümlü 300 ə yaxın startapın müraciət etdiyi bu yarışda 52 komanda seçim mərhələsində iştirak edib. Qərbi Kaspi Universitetinin "WesTech" komandası pre-inkubasiya mərhələsinə vəsiqə qazanan 25 komandadan biri olub.
6 həftəlik bu mərhələdən sonra qalibləri inkubasiya mərhələsinə dəvət edəcəklər.
Qeyd edək ki, Startup Challenge'ın mükafat fondu 10000 manatdır. 1-ci yer 5000 AZN, 2-ci yer 3000 AZN, 3-cü yer 2000 AZN mükafat əldə edəcək.
Geri qayıt