Prezidentdən Elmira Axundova ilə bağlı - Sərəncam

Prezidentdən Elmira Axundova ilə bağlı - Sərəncam Azərbaycanın Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yenilik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
E.Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiri olan E.Axundova iki gün öncə vəzifəsindən geri çağırılmışdı.

Geri qayıt