Elxan Qasımov dəfn edildi - Foto

Elxan Qasımov dəfn edildi - Foto Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımov dəfn edilib.
Yenilik.az xəbər verir ki, o, Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında torpağa tapşırılıb.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Mayın 9-da əməliyyat olunan Elxan Qasımovun müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilmişdi.

Elxan Qasımov kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti" adına layiq görülüb.
Geri qayıt