Təbrizdə narazı xalq prezidentin kortejinin qarşısını kəsdi - VİDEO

Təbrizdə narazı xalq prezidentin kortejinin qarşısını kəsdi - VİDEO Təbrizdə narazı xalq İran prezidenti İbrahim Rəisinin kortejinin qarşısını kəsib. 
Yenilik.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 
Təhlükəsizlik qüvvələri etirazçılara dəyənək və gözyaşardıcı qazla hücum etsə də, azərbaycanlı etirazçılar İran prezidentinin kortejinin keçdiyi küçəni bağlayıb və onun keçməsinə mane olub.
İbrahim Rəisinin korteji etirazçıların müqaviməti səbəbindən istiqamətini dəyişmək məcburiyyətində qalıb.

Geri qayıt