Undan çaya qədərə hər şeyin qiyməti artıb - Deputat

“Obyektiv iqtisadi mərkəzlərin hesabatları göstərir ki, devalvasiyadan sonra əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda məhsul-buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68% artıb. Həmin dövrdə əsas kommunal xidmətlər - elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Beləliklə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalaşsa da, orta maaşlar 65%-ə yaxın artıb”.