"İnsan hüquqları aylığı" çərçivəsində dəyirmi masa keçirilib

Qərbi Kaspi Universitetinin "Tarix və fəlsəfə kafedrasının" təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" çərçivəsində dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi-maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun aparıcı məsləhətçisi Azər İsalı iştirak ediblər.
Qonaqlar universitetin Siyasi və İctimai elmlər məktəbinin müəllim və tələbələri ilə insan hüquq və azadlıqlarının müxtəlif aspektləri ilə bağlı müzakirələr aparıblar.
Geri qayıt