Lavrov: "Ukrayna böhranı Rusiyanı daha da gücləndirəcək"

“Ukraynadakı vəziyyət sadəcə bir epizoddur. Əsas, ciddi, bəlkə də həlledici, lakin yenə də bu, çoxqütblü dünyanın formalaşması prosesinin bir hissəsidir”, - deyə o bildirib. "Mən əminəm ki, Rusiya bu vəziyyətdən daha da güclü çıxacaq", - Lavrov vurğulayıb.
Bununla bağlı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanın əvvəlki müharibələrdən - Aleksandr Nevskinin dövründəki savaşdan, 1812-ci il vətən müharibəsidən, sovet-alman müharibəsindən necə çıxdığını xatırladıb. “Bu qələbələr Rusiyaya bütün ruslara, xalqımıza güc, özünə inam, enerji verdi, öz ölkəsini daha da yaxşılaşdırsın, övladlarını bizim adət-ənənələrimizdə böyütsün, belə ki, uşaqlar tarixi bilsinlər, valideynlərinə və ölkəmizi yaradan bütün əcdadlara hörmət etsinlər. ”, - deyə Lavrov qeyd edib.