Elektrik enerjisinin qiyməti artırılır?— RƏSMİ AÇIQLAMA

Bizim.Media əhalinin narahatlığını nəzərə alaraq, “Azərişıq” ASC-nə və Tarif (qiymət) Şurasına sorğu göndərib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında, qiymət artımı ilə bağlı səlahiyyətlərin onlara aid olmadığını bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Zamanova isə elektrik enerjisi tariflərinin yenidən tənzimlənməsi ilə bağlı müvafiq subyektdən müraciət daxil olmadığını qeyd edib.
Onun sözlərinə görə, qeyd edilən məsələ hazırda Tarif (qiymət) Şurasında müzakirə olunmur.