Gədəbəy icra başçısının jurnalistlə dialoqu gündəm oldu - VİDEO

Baş verən narazılıq kənd camaatı ilə polisi üz-üzə qoyub.
Baş verən hadisə ilə bağlı Gədəbəy Rayon İcra Başçısı Orxan Mürsəlov kənd camaatı ilə görüşüb.
İcra başçısının jurnalistlərin suallarını cavablandırarkən sərgilədiyi davranış sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Belə ki, icra başçısı jurnalistlərdən yaxşı düşməsi üçün onu bir az kənardan çəkmələrini istəyib:
"Məni bir az qırağdan çəkin ki, heç olmasa yaxşı düşüm".
Həmin görüntüləri təqdim edirik: