“Sosial şəbəkələrdən 95% səviyyəsiz, axmaq adamlar çıxır” deyən yazıçı tənqidlərə cavab verdi: “Yorulmadılar?”

N.Rəsulzadə Pravda.az-a açıqlamasında haqqında səsləndirilənləri qısa şərh etmək istədiyini deyib: “Yorulmadılar? Tərifləyən tərifləyir, söyən söyür. 30-40 il əvvəl belə şey yox idi. Sosial şəbəkələr bunun üçün yaranıb ki, mətbuata əli çatmayan insanlar ağızlarına gələni orada yazsınlar, vəssalam. Şərhsiz...”
Xatırlatma: N.Rəsulzadə sözügedən müsahibəni ötən il "Yenisabah.az" saytına verib.