Ebru Gündeşə görə Azərbaycana 25 min dollar ödənilməlidir

"Toy sahibi deyə bilər ki, filan müğənni dostumdur, pulsuz oxuyub. Çünki ikisi də ölkənin qeyri-rezidentidir, pullarını xaicdə qazanır. Birdəfəlik xidmət olduğuna görə vergidən yayınma imkanları çox genişdir. Doğrudan da toyda müğənniyə hər hansı ödəniş edilibsə, bu aşağıdakı kimi tənzimlənməlidir. Bu toyda ölkə daxilində qazanc əldə edilib. Qazancın mənbəsi Azərbaycanın Şəmkir rayonudur. Vergi Məcəlləsinə və hər iki şəxs qeyri-rezident olduğuna görə, 125-ci maddəyə nəzərən 10% ödəmə mənbəyindən vergi yaranır. Vergi Məcəlləsi də deyir ki, vergini pulu ödəyən tərəf ödəməlidir. Hər hansı səbəbdən ödəyici vergini ödəmirsə, pulu qazanan şəxsin bir başa borcudur ki, qeydiyyata düşsün, elan eləsin və buradan vergisini ödəsin”.