Azərbaycanda bəzi bankların lisenziyalarının ləğv edilməsi təklif olunur - FOTO

“Çünki reallığı əks etdirməyən reklam mesajları istehlakçıların bilavasitə hüquqlarının pozulması deməkdir, onların aldadılmasıdır, həm maddi nöqteyi-nəzərdən, həm vaxt baxımından itkisidir.
Düşünürəm ki, Mərkəzi Bank da ölkədə bank sektorunun tənzimlənməsi ilə bağlı funksiyalarını unutmamalıdır. Bu hallar təkrarlanacağı təqdirdə Mərkəzi Bank hətta lisenziyaların geri alınmasına qədər müvafiq tədbirləri həyata keçirə bilər. Çünki son nəticədə bank sektorunun inkişafı ölkə əhalisinin maddi və sosial rifahının yaxşılaşmasına xidmət etməlidir. Belə yalançı mesajlar olduqda isə biz əks-effektin şahidi oluruq, ölkə əhalisinin hüquqları kobud şəkildə pozulur”, - deyə o əlavə edib.