Allahşükür Paşazadəyə yeni müavin təyin olundu

Yenilik.az "Report”a istinadən xəbər verir ki, bu vəzifəyə Bəxtiyar Nəcəfov təyinat alıb.
Bununla da Şeyxülislam Allahşükür Paşazadənin müavinlərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, B.Nəcəfov bundan əvvəl müxtəlif məscidlərdə imam kimi çalışıb.