Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı

Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq, başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədov Vüqar Xanlar oğluna tapşırılıb.
Qeyd edək ki, Ə.Abıyev 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.

Geri qayıt