Hikmət Hacıyev: Peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu zamanı çıxışında deyib.
“Peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır. Azərbaycan mediasına da bir sıra çağırışlar aiddir. Biz bunları gündəlik işimizdə də hiss edirik. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müstəqil media ortaya çıxdı”,- deyə H.Hacıyev əlavə edib.