AQTA Rusiyadan geri qaytarılmış pomidor və çiyələklə bağlı açıqlama yayıb

Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Belə ki, məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq 2023-cü il 24 iyul tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiya Federasiyasına ixracı həyata keçiriləcək.