Ərdoğan Ceyhun Bayramovu qəbul etdi

C. Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.
Daha sonra C. Bayramov və H. Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub.
Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.