“Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı

Xidmətə qoşulmaq üçün ilk olaraq, “App Store” və ya “Play Store”-dan NaviMax-ı yükləyib, ölkələr siyahısından Azərbaycanı seçərək qeydiyyatdan keçirsiniz. Daha sonra telefonunuza gələn birdəfəlik şifrəni daxil edərək GPS icazəsini aktivləşdirməklə qeydiyyatı tamamlamış olursunuz. Qeyd edək ki, abunəçilər xidməti 3 gün pulsuz istifadə edib test edə bilərlər. NaviMax xidməti haqqında ətraflı məlumatı nar.az/navimax səhifəsindən əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.