Qəzaya düşən “Nikosayağı” ilə bağlı yeni RƏSMİ MƏLUMAT

Yenilik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir".