Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

İttihama görə, Mahal Qaçayev Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokollarına əsasən, seçildiyi bələdiyyə sədri vəzifəsində işləyib. O, 2020-ci ilin yanvar ayında Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin həmin kəndin ərazisində yerləşən inzibati binadakı xidməti otağında, eləcə də 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, özünün yaşadığı evdə iki nəfər kənd sakinindən rüşvət alıb. İstintaq dövründə Mahal Qaçayevin barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.