Hikmət Hacıyev: “Ermənilər reinteqrasiyaya deyil, separatizmə can atırlar”

O, Ağdamın tarixən Qarabağı Azərbaycanın digər əraziləri ilə birləşdirdiyini qeyd edib, həmçinin bu yolun daha az xərc tələb etdiyini və daha rahat olduğunu bildirib.
“Ermənilər niyə Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünki onlar reinteqrasiyaya deyil, separatizmə can atırlar, irredentizm axtarırlar və Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyirlər”, - deyə H.Hacıyev vurğulayıb.