"Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq" - Hikmət Hacıyev

Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq.
 
Yenilik.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib.
“Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, – Prezidentin köməkçisi bildirib.
Onun sözlərinə görə, Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur.

Geri qayıt