Deputat Gündüz Ağayevə: “Damarlarından azərbaycanlı qanının axması şübhə doğurur”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputatın sözlərinə görə, əsrlərdir, insanlarımıza, torpağımıza, ekologiyamıza, nəyimiz varsa, hamısına düşmənçilik edən bir toplum var: “Yüz illərlə belə olub, bu gün də davam edir. Terrora məruz qalan bizik və bu da sapı özümüzdən olan baltaların münasibəti. Buna yalnız təəssüf etmək olar. Belələrinin qanı, geni araşdırılmalıdır. Öz millətindən, xalqından olub, bu cür işlərə “qol” qoyması damarlarından azərbaycanlı qanının axmasına qarşı insanda şübhə doğurur. Düşünürəm, Gündüz Ağayevin karikaturasına bu qədər zaman ayırmağa, baş xəbər etməyə ehtiyac yoxdur. Karikaturaçılarımız ona elə karikatura ilə cavab versinlər”.