Yeni icra başçısı hansı nazirlikdə çalışıb?

Yenilik.az-ın məlumatına görə, İlqar Mahmudov bundan əvvəl Elm və Təhsil Nazirliyində çalışıb.
O, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsini tutub.
İlqar Mahmudov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru da olub.