Kəramət Çingiz Abdullayevə cavab: “Futboldan girib siyasətdən çıxırsan, müəllim tut, sənə dil öyrətsin”

Pravda.az xəbər verir ki, bu sözləri gənc yazar Kəramət Böyükçöl deyib.
"Bütün gün boş-boş tədbirlərdə vaxt keçirmək əvəzinə ya kursa get, ya da bir müəllim tut, gəlib sənə dil öyrətsin. Eləmirsən, çünki Azərbaycan dilinə rus dili qədər hörmətin yoxdur. Sən Azərbaycan dilində danışa bilmədiyinə görə üzərinə gələn qınaqlardan bezmisən, ölkədən getmək istəyirsən. Bəs Azərbaycan dilində mükəmməl yaza, danışa bilən, ancaq illərdən bəri ölkədə qələmi çörək ağacı kimi minib çapan, özlərindən qat-qat səviyyəsiz adamların əlinin altında qul kimi işləyən, ac-yalavac yazıçılar, qələm adamları neyləsin? Başqa vaxt Azərbaycan sevgisindən, vətən, dövlət məhəbbətindən danışırdın, indi bu ölkənin, vətənin, dövlətin dilində danışa bilmədiyinə görə üzərinə gələn tənqidlərdən, qınaqlardan bezirsən. Gör indi siz bizi nə qədər bezdirmisiniz də... Yekə kişidir, “ölmür utanmıxdan...””, - K.Böyükçöl deyib.