Xəzərdə suiti hücumu ilə bağlı AÇIQLAMA: “Özlərini qorumaq üçün aqressiv olurlar” - VİDEO

Xəzərdə suiti hücumu ilə bağlı AÇIQLAMA: “Özlərini qorumaq üçün aqressiv olurlar” - VİDEO Elm və Təhsil Nazirliyinin Zoologiya Institutu Azərbaycanda, Xəzər dənizində suitinin üzən adamlara hücum barədə yayılan görüntülərə münasibət bildirib.

İnstitutun Biologiya üzrə fəlsəfi doktoru, dosent Süleyman Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizində məməlilər sinfinə aid olan tək suitidir:

“Onlar əsasən, yay ayında Abşeron Yarımadasında dolanırlar. Yay fəslindən sonra şimala doğru yol alırlar. Suitilər məməli və yırtıcı olduqları üçün kilki ilə qidalanırlar. Onlar yırtıcı olduqları üçün balıqlara qarşı həssasdırlar”.

“Suitilər özlərini qorumaq üçün insanlara qarşı aqressiv olurlar. Üç ildir ki, Xəzər dənizində suitilərin hansı ərazilərdə olması barədə monitorinqlər aparırıq. Qeyd edək ki, son 10-20 ildə suitilərin sayı azalıb” - , deyə o qeyd edib.

Geri qayıt