Rövşanə: "Andıra qalmış kresloda fırlanan adam elə gicəllənir ki, hardan gəldiyi, necə gəldiyi tamam silinir beynindən"

“Zatən işlədiyim mühitdə qalmaqaldan, söz-söhbətdən uzaq gəzən insanam… boğazımızdakı reytinq kəndiri ucbatından bəzi qalmaqallı verilişlərə müəlliflik etmək zorunda qalmağıma baxmayın… tələb belədir… Televiziyalardakı transfer məsələsinə gəlincə bu həmişə olub və çox normaldır… səhər tamaşacıya bir kanaldan günaydın deyən, sabah ayrısından gecəniz xeyir söyləyə bilər… hamı ölənə kimi bir yerdə qalmir ki… TV rəhbərləri də eləcə… kreslo ömürlük miras deyil təbii… kreslonu nə evindən kimsə gətirib, nə də gedəndə kimsə dalına şəlləyib aparıb… şəlləyib aparacağı ya sevgi olacaq, ya nifrət… andıra qalmış kresloda fırlanan adam da elə gicəllənir ki, hardan gəldiyi, necə gəldiyi tamam silinir beynindən… Peşəkarlara bu arada təzim… təsadüfilərə sözüm yox…
Xülasə… peşəkar dostlarıma son günlər göstərdikləri həmrəyliyə və dəstəyə görə dərin təşəkkürümü bildirirəm… gün ərzində saysız gələn zənglər, dəstək smsləri… xəbərim hətta olmadan saytlarda verilən yazılara görə ayrı-ayrılıqda hər bir jurnalist həmkarımın əlini sıxıram… Məhz peşəkar əhli-qələmə cani-könüldən minnətdaram…
…belə birlik göstərsək kimsə “kefim belə istəyir”in qurbanı olmaz əmin olun…” – teleaparıcı əlavə edib.
Qeyd edək ki, teleaparıcı bir neçə gün öncə uzun illər çalışdığı “Space”TV ilə yollarını ayırıb.