Deputat Razi Nurullayev Çingiz Abdullayev barədə elə şeyləri yazdı ki!

Cahilliyin baş qaldırmasında, ayaq açmasında, təhqirin və söyüşün çiçəklənməsində ziyalıların, oxumuşların və cahillik fikirləri ilə barışmayanların da çox ciddi günahları var. Çünki, cahillər ağız-ağıza, əl-ələ, səs-səsə verib çoxluq yarada bilir, amma, cahilliklə barışmayanlar və ürəklərində onlarla razılaşmayan yüz minlər isə səsini çıxarmır. Sosial şəbəkələrdəki nəticə isə sanki, bütün cəmiyyətin cahillərlə razılşadığını göstərir. Real nəticə isə bu deyil.
Real nəticəni görmək və cahillərin səsini batırmaq istəyiriksə heç kim susmasın, kütləvi şəkildə müdafiə statusları yazsın və paylaşsın. Status yazmaqda, fikirlərini bölüşməkdə çətinlik çəkənlər şərh yazsın, paylaşsın və məqbul bildiyi digər hərəkətlərlə varlığını və cahillərlə barışmadığını göstərsin.
Başqa vasitələr da varmı? Varsa, fikrilərinizi bölüşün. Bəziləri deyə bilər ki, təhqir yazanları polis cəzalandırsın, sosial şəbəkələri mədudlaşdıraq və s.
Xeyr, bu çıxış yolu deyil. Sosial şəbəkəni polislə idarə etmək mümkün deyil, məhdudlaşdırmaq da həmçinin. Əksinə, sosial şəbəkələrin həyatımızdakı rolu daha da artacaq. Onun üçün də cahillik, söyüş və təhqirlərlə mübarizə elə sosial şəbəkənin özü vasitəsilə olmalıdır.
Başqa fikirlər varmı?