Tələbələrimiz üçün Albaniyanın Qiriazi Universitetində təhsil almaq imkanı

Tələbələrimiz üçün Albaniyanın Qiriazi Universitetində təhsil almaq imkanı
Qərbi Kaspi Universiteti və Albaniyanın Qiriazi Universiteti arasında Erasmus mübadilə proqramı çərçivəsində əməkdaşlığa əsasən tərəfdaş universitet 1 semestrlik tələbə qəbul elan edir.
Təhsil müddəti – 2023-cü il 2 oktyabr – 2024-cü il 31 mart
İxtisaslar: Maliyyə, Biznesin idarə edilməsi, Turizm işinin təşkili, Turizm bələdçiliyi
Xərclər: (Mübadilə proqramı çərçivəsində tələbələrə təqaüd verilmir. Bütün xərclər tələbə tərəfindən qarşılanır)
Yaşayış xərcləri – 300-500 avro (aylıq)
Yataqxana – 50 avro (aylıq)
Kirayə ev (yataqxanada yer qalmadığı təqdirdə) – 200-400 avro (aylıq)
Tələblər: 1 illik ÜOMG 75 və 75 baldan yüksək olan və ingilis dili biliyi B2 səviyyəsində olan namizədlər seçim prosesində iştirak edə bilərlər.
Son müraciət tarixi: 10 sentyabr 2023-cü il.
Əlavə məlumat üçün: Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A. Otaq 111,
Email: [email protected]
Geri qayıt