XİN-də diplomatik xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə!

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.
23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır.
Ətraflı bu linkdə tanış ola bilərsiniz: https://mfa.gov.az/az/news/no49623?fbclid=IwAR2TtU495aD3GvUCMHSSCeBufEBYRufKTHHUUDY_0egfPVEFqSOjHOB1CJk