Qərbi Kaspi Universitetinin professoru beynəlxalq Yay Məktəbində çıxış edib

Kanadanın Grassroots İnstitutu, Rumıniyanın Tarqoviste Valahia Universiteti və Sibiu Lucian Blaga Universiteti, İtaliyanın Ümumdünya Kənd Təsərrüfatı İrs Forumu və Torino Universitetində NatRisk, Ukraynanın Lvov Milli Politexnik Universiteti, Yaroslav Mudriy Milli Hüquq Universiteti və Karpat Milli Təbiət Parkı, Qırğızıstanın Kənd İnkişaf Fondu, Hindistanın Mərkəzi Himalay Təbiət və Tətbiqi Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə “Dağ ekosistemləri və resursların idarəedilməsi” mövzusunda hibrid yay məktəbi start götürüb. 9 günlük Yay Məktəbinə 69 ölkədən 630 nəfər qoşulub.
Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov sentyabrın 10-da Yay Məktəbinin açılış mərasimində çıxış edib.
Sentyabrın 13-də isə professorun “Dağların biomüxtəlifliyinə təhdidlər və qoruma tədbirləri” mövzusunda çıxışı olub. H.Bağırov qeyd edib ki, qlobal miqyasda dağ biomüxtəlifliyinə təhlükə ilə bağlı problem ilbəil aktuallaşır, onun mühafizəsi ilə əlaqədar müzakirələr də bu baxımdan zəruridir. Konkret nümunələrə istinad edən professor bu sahədə yeni çağırışların ortaya çıxdığını, bu fonda birgə beynəlxalq səylərin artırılmasının zəruriliyini vurğulayıb.