Nazir: "Ermənistanın Təhlükəsizlik Şurasından sui-istifadə cəhdləri qəti şəkildə rədd edilməlidir"

Belə bir fəaliyyətə arxalanmağın artıq bir neçə dəfə uğursuzluqla nəticələndiyini xatırladan nazir qeyd edib: “Bu, yalnız diqqəti real normallaşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır.
Beləliklə, 30 il davam etmiş qanlı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırki həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir”.