Priqojinin Afrikadakı biznesinə bu şəxs rəhbərlik edir - FOTO

Qeyd olunub ki, Sıtı “Vaqner” qrupunun Mərkəzi Afrika Respublikasındakı qızıl, almaz və taxta-şalban biznesinə nəzarət edir.
Nəşr yazır ki, onun Yevgeni Priqojinin biznesindəki rolu qısamüddətli olmaya bilər.
2023-cü ilin fevralında “Financial Times” mənbələrə istinadən yazıb ki, Priqojinin nəzarətində olan şirkətlər Afrika və Yaxın Şərqdəki biznesdən son illərdə 250 milyon dollardan çox gəlir əldə edib.
Nəşrin məlumatına görə, Priqojin son illərdə Liviya, Mali və Mərkəzi Afrika Respublikası hökumətləri ilə qarşılıqlı əlaqədə olub.
Qeyd olunub ki, Priqojin ölümündən bir müddət əvvəl Belarusa köçmək istəməyən döyüşçülər MAR-da yerləşdirməyi planlaşdırırdı.
Xatırladaq ki, “Vaqner” qrupunun keçmiş rəhbəri Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Tver vilayətində "Embraer Legacy 600" biznes-jetinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. O, avqustun 29-da Sankt-Peterburqda dəfn edilib.