“QƏNİRƏ XANIMI MƏRKƏZİ KLİNİKADAN ÇIXARIN”

“İndi yekə-yekə mediaya müsahibə verən həkimlər də atam reanimasiyada olanda deyirdilər ki, Allahdan ümid kəsilməz, dua edin. Reanimasiyaya, müalicəyə dünyanın pulunu alıb, sonra da bizə deyirdilər ki, dualarınız Allaha çatarsa, xəstəniz xilas olacaq.
Mən travmalı ola bilərəm. Amma o xəstəxanadan şikayətçi olan yüzlərlə xəstə yaxını tanıyıram. İnsanlar adına, lüks şəraitinə aldanıb, xəstəsini ora aparır. Etməyin, daha yaxşı, daha normal reputasiyalı bir yerə aparın! Qənirə xanım bu xalqa da, bu ölkəyə də çox faydalı bir insandır. Onun sağalması üçün hamımız dua edirik!”.