Türkiyə səfiri Qənirə Paşayevanın ailəsinə başsağlığı verdi

Səfir bununla bağlı sosial media hesabında paylaşım edib:
“Azərbaycan Milli Məclisinin deputatı Qənirə xanım Paşayevanın vəfatını böyük kədər hissi ilə öyrəndik. Biz xəstəxanadayıq. Hörmətli atasına, ailəsinə və yaxınlarına ölkəmiz və millətimiz adından başsağlığı, səbr diləyirik. Qəbri nurla dolsun”, - deyə səfir bildirib.